• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

16 dövlət Xocalı soyqırımına dair qətnamə qəbul edib

CƏMİYYƏT

23 Fevral 2023 | 16:38

16 dövlət Xocalı soyqırımına dair qətnamə qəbul edib

Xocalı soyqırımı Azərbaycan müstəqilliyə doğru ilk addımlar atdığı zaman baş verib. Qəddarlığına, xarakterinə və miqyasına görə XX əsrin ən böyük soyqırımı cinayətidir.

Bakıvaxtı.az  xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

O bildirib ki, bunu məhz soyqırımı cinayəti kimi Azərbaycan səciyyələndirib, bu gün də müvafiq addımlar atılır:

"Biz bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasına hələ nail ola bilməmişik. Bu günə qədər 16 dövlət tərəfindən Xocalıda baş verənlərin soyqırımı kimi tanınmasına dair qətnamə qəbul edilib. Bu ölkələr Meksika, Pakistan, Kolumbiya, Çexiya, Rumıniya, Sudan, Honduras, Bosniya və Herseqovina, Sloveniya, Peru, İordaniya, Cibuti, Şotlandiya, Panama, Qvatemala və Latviyadır. Həmçinin ABŞ-ın 24 ştatı da Xocalı soyqırımını tanıyıb".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026