• Bakı 20° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 1.8198

    RUB - 0.0182

Bu gün Xankəndi yolundan 57 maşın maneəsiz keçib - YENİLƏNİB

CƏMİYYƏT

24 Yanvar 2023 | 20:35

Bu gün Xankəndi yolundan 57 maşın maneəsiz keçib - YENİLƏNİB

Bu gün Rusiya sülhməramlılarına məxsus 5 yük və 1 minik avtomobili Laçın yolundan keçib.

Bakıvaxtı.az xəbər verir ki, Laçından Xankəndi istiqamətinə gedən avtomobillərin maneəsiz hərəkət etməsi üçün şərait yaradılıb.

Bununla da gün ərzində aksiya ərazisindən keçən avtomobillərin sayı 57-yə çatıb.

Bu, bir daha onu göstərir ki, aksiyanın təşkil olunduğu ərazidə humanitar məqsədli maşınların hərəkəti sərbəstdir və buna heç bir maneə yoxdur.

***19:40

Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi zonada keçirdiyi etiraz aksiyası artıq 44 gündür ki, davam edir.

Bakıvaxtı.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları etirazlarını davam etdirirlər.

Aksiya ərazisində gün ərzində bu saata qədər rusiyalı sülhməramlılara və BQXK-ya aid 51 maşının maneəsiz keçidi üçün şərait yaradılıb.

Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyada etiraz edənlərin əsas tələbləri Rusiya sülhməramlılarının komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin montorinq aparılması üçün lazımi şərait yaradılması, ermənilərin Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulması, Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınmasıdır.

Milli.Az


SON XƏBƏRLƏR

24 Aprel 2024