Səhər, nahar və bəzən də axşam yeməyinin əvəzsiz qida qaynaqlarından biri olan yumurtanın təsiri ilə bağlı yeni araşdırmalar dərc olunur.
Bakıvaxtı.az xəbər verir ki, gündəlik qidalanmada mühüm yer tutan yumurtanın istehlakı ilə bağlı son araşdırmalar diqqət çəkir.
Yumurta istehlakının və dolayı yolla xolesterol qəbulunun ürək-damar xəstəlikləri riskini artırdığına dair tapıntılar tədqiqatçıları təəccübləndirib. Çinli tədqiqatçılar uşaq və ya qocalıqdan asılı olmayaraq hər kəsin sevdiyi yumurtanın sağlamlıq üçün təhlükələri ilə bağlı araşdırmaya öncülük ediblər.
ABŞ-da Victor W. Zhong və başqalarının təhlilinə görə; 1985-ci ilin martından 2016-cı ilin sentyabrına qədər Amerika əhalisinin pəhriz vərdişləri izlənildi. 29.615 iştirakçının iştirak etdiyi araşdırmada orta yaş 51,6 idi. Orta hesabla 17,5 il təqib edilən araşdırmada ümumilikdə 5400 xəstəliyə tutulmada ürək-damar xəstəlikləri müşahidə edilib.
Bu araşdırmaya görə; gündə əlavə olaraq istehlak edilən hər 300 mq. Xolesterol və ya bir yumurta yeni ürək-damar xəstəlikləri riskini artırır. Tədqiqatçıların nəticələrinə görə; Yüksək xolesterolun istehlakı ürək-damar xəstəlikləri və ya hər hansı bir səbəbdən ölüm riskini artıra bilər.
İstehlak olunan xolesterol miqdarı nə qədər çox olarsa, ürək-damar xəstəlikləri riski bir o qədər yüksəkdir. Araşdırma Türkiyə Sağlamlıq Qurumları Rəyasət Heyətinin rəsmi internet saytının “Elmi Qaynaqlar” bölməsində baş tutub.
Aytac Aslan
















