• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycanlı kriminal avtoritet belə öldürülüb - TƏFƏRRÜAT

CƏMİYYƏT

27 Oktyabr 2022 | 11:36

Azərbaycanlı kriminal avtoritet belə öldürülüb - TƏFƏRRÜAT

Türkiyədə azərbaycanlı kriminal avtoritet Elnur Qasımov qətlə yetirilib.

Bakıvaxtı.az xəbər verir ki,  hadisə İstanbulun Ataşehir adlanan ərazisində baş verib.  Belə ki,  “Qardaşoğlu” ləqəbi ilə tanınan Elnur Qasımov dostları ilə birlikdə küçədə olarkən avtomobillə gələn şəxslər tərəfindən silahlı hücuma məruz qalıb.

İnsidentdə Elnur Qasımov 6 güllə yarası alıb. Hücum edənlər avtomobillə ərazidən uzaqlaşıblar. Çox saylı güllə yarası alan Elnur isə dostları tərəfindən özəl xəstəxanaya aparılıb. Lakin o bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. /Unikal
 


Azərbaycanlı kriminal avtoritet belə öldürülüb - TƏFƏRRÜAT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026