• Bakı 25° C

    12.22 m/s

  • USD - 1.7

    EUR - 1.9814

    RUB - 2.0293

Rafiq Cəfərov dəfn edilib - FOTO - YENİLƏNİB

SİYASƏT

15 May 2026 | 14:14

Rafiq Cəfərov dəfn edilib - FOTO - YENİLƏNİB

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən şəhid Rafiq Cəfərov dəfn olunub.

Bakıvaxtı.az-ın məlumatına görə, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Əbdürrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

12:40

Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Rafiq Şirvan oğlu Cəfərovla vida mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb.

R.Cəfərov Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn olunacaq.


Rafiq Cəfərov dəfn edilib - FOTO - YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Avqust 2026