• Bakı 18° C

    5.68 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Ramazanın 10-cu gününün duası -  İmsak, iftar vaxtları

CƏMİYYƏT

22 Aprel 2021 | 22:25

Ramazanın 10-cu gününün duası - İmsak, iftar vaxtları

Sabah Ramazan ayının onuncu günüdür.

Bakıvaxtı.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 23-də imsak vaxtı saat 04:19-da, iftar vaxtı isə 19:42-dədir. 

Aprelin 23-ü üçün namaz vaxtları: 

Sübh azanı 04:24

Zöhr azanı 12:39

Əsr azanı 17:28

Məğrib azanı 19:42

İşa azanı 20:49

Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.

Tərcüməsi: “İlahi, bu gün məni sənə təvəkkül edənlərdən, sənin nəzdində feyz və səadət tapanlardan, sənin dərgahına yaxın olanlardan qərar ver. Ehsanına and verirəm, ey tələb edənlərin məqsədi!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul etsin!


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR