• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sabahın hava proqnozu AÇIQLANDI

CƏMİYYƏT

22 May 2021 | 12:22

Sabahın hava proqnozu AÇIQLANDI

Azərbaycanda mayın 23-də gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Bakıvaxtı.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi əsəcək. 

Havanın temperaturu  gecə 16-21 dərəcə isti, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 31-33 dərəcə isti olacaq. 

Atmosfer təzyiqi 753 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq. 

Mayın 23-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 23-də Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026