"Razi Əliyeva adlı qadınla bağlı gecədən davamlı olaraq paylaşımları mənə göndəriblər. Məcbur edilərək danışdığı etirafları TikTok-da keçmiş sevgilisi paylaşmışdı".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
O qeyd edib ki, bu gün səhər məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşlarına müraciət ünvanlayıb:
"Müraciətlərdən dərhal sonra TikTok-dan videolar silinib. Qadının əxlaqi dəyərləri olmaya bilər, ancaq heç kim qanunu tapdalaya bilməz. Əminəm ki, Ziya deyilən şəxs layiqli cəzasını alacaq. Razi isə həyatını bir də nəzərdən keçirsin".
Qeyd edək ki, TikTok-da yayılan videoda keçmiş aparıcı və model Razi Əliyevanın Ziya adlı şəxsin söhbəti əks olunub. Söhbət zamanı həmin şəxs Razi Əliyevanı sorğu-suala tutur, onun başqa bir şəxslə görüşdüyünü iddia edir./bakupost.az