• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu - SƏBƏB

CƏMİYYƏT

30 Iyun 2023 | 17:02 | Müəllif: Subhan Mahmudov

Azərbaycan rusların ən çox maraq göstərdiyi ölkə oldu - SƏBƏB

“Yandex Travel” analitikləri apardıqları araşdırmaların nəticəsini elan ediblər."

Bakıvaxtı.az xəbər verir ki, araşdırmaya görə, Azərbaycan iyunda ruslar üçün xarici istiqamətlər arasında tələbat artımı baxımından lider ölkə olub.

Qeyd olunur ki, 2023-cü ilin iyun ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycana səyahətə maraq 249% artıb.

Mütəxəssislər bu cür göstəricilərin yaranmasının səbəbləri arasında bu ilin yayında Azərbaycana uçuşların qiymətlərinin xeyli aşağı salınmasını qeyd ediblər. Belə ki, 2023-cü ildə iyunda gediş-gəliş əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23% ucuz başa gəlir. Azərbaycanda hotellərin bronlaşdırılması qiymətləri isə 2022-ci ildəki qiymətlərlə eynilik təşkil edir.

Eyni zamanda, ötən ilin müvafiq dövrü ilə müqayisədə Gürcüstana (87%), Tailanda (80%), Kiprə (55%) və Türkiyəyə (44%) səyahət tələbi də xeyli artıb./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR