• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Fransadakı etirazlar Belçikaya keçdi: Saxlanılanlar var

CƏMİYYƏT

30 Iyun 2023 | 14:54

Fransadakı etirazlar Belçikaya keçdi: Saxlanılanlar var

Belçikanın paytaxtı Brüsseldə gənc sürücünün öldürülməsinə görə Fransada keçirilən etiraz aksiyalarına dəstək verən 64 nəfər saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, iyunun 27-də Fransada 17 yaşındakı sürücünün polisin açdığı atəş nəticəsində ölümdən sonra keçirilən nümayişlərə dəstək məqsədilə Brüsselin mərkəzi rayonlarından biri olan Anneessensdə toplanan qrupla polis arasında baş verən qarşıdurma nəticəsində saxlanılanların sayı 64-ə yüksəldi. 

Qeyd edək ki, Fransada iğtişaşlar zamanı saxlanılanların sayı 667 nəfərə çatıb.

İyunun 27-də 17 yaşlı sürücünün polis tərəfindən qətlə yetirilməsi Nanterredə iğtişaşlara səbəb olub. Daha sonra etiraz aksiyaları Tuluza, Lion, Marsel, Strasburq, Lil və Dijon kimi digər kommunalara və böyük şəhərlərə yayılıb.

Ramid İbrahimov 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR