• Bakı 21° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

"Real"ın futbolçusu klublararası dünya çempionatında iştirak etməyəcək

İDMAN

22 May 2025 | 09:21

Realın futbolçusu klublararası dünya çempionatında iştirak etməyəcək

İspaniyanın "Real" klubunun futbolçusu Endrik zədə səbəbindən klublararası dünya çempionatında iştirak etməyəcək.

Bakıvaxtı.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, ona sağ bud dizindəki oynaq vətərinin zədələnməsi diaqnozu qoyulub.

18 yaşlı braziliyalı La Liqanın XXXVII turunda, "Sevilya" ilə oyunun (2:0) ikinci hissəsində zədələnib. Futbolçu bu səbəbdən klublararası dünya çempionatını buraxmalı olacaq.

Qeyd edək ki, Endrik cari mövsüm meydana çıxdığı 37 matçda 7 qol vurub. O, ümumilikdə 847 dəqiqə meydanda olub.


SON XƏBƏRLƏR

21 May 2025