• Bakı 13° C

    2.4 m/s

  • USD - 1.7

    EUR - 1.9722

    RUB - 2.1656

Regionda güc balansı: Sülhün imzalanmasını kimlər şərtləndirir?

SİYASƏT

28 Noyabr 2025 | 12:48

Regionda güc balansı: Sülhün imzalanmasını kimlər şərtləndirir?

Cənubi Qafqazda geopolitik vəziyyət yenidən həssas mərhələyə daxil olub.

Azərbaycan və Ermənistan arasında sülh prosesinin intensivləşməsi, regionda yeni siyasi balansların formalaşması və hər iki ölkənin daxilində baş verən proseslər hazırkı mərhələdə danışıqların gedişinə bilavasitə təsir göstərir.

Xüsusilə Ermənistan daxilindəki gərginlik, böyük güclərin regiondakı maraqları və Azərbaycanın irəli sürdüyü tələblər sülh müqaviləsinin imzalanması məsələsini gündəmin əsas mövzularından birinə çevirir.

Bu fon önündə sülh danışıqlarının real vəziyyətini və qarşıdakı ayların perspektivlərini qiymətləndirmək xüsusi əhəmiyyət daşıyır.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən siyasi şərhçi Sahil Kərimli bildirib ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi istiqamətində ciddi təmaslar davam edir: 

"Sərhədlərin delimitasiya və demarkasiyası üzrə aparılan danışıqlar intensiv olmasa da, prosesin irəliləməsi üçün zəruri addımlar atılır. Xüsusilə, bu ilin yayında sülh müqaviləsinin paraflanması mühüm mərhələ kimi qeyd olunmalıdır. Ümumilikdə, sülhün imzalanması ilə bağlı əhəmiyyətli işlər görülüb".

Onun sözlərinə görə, Ermənistan daxilində isə siyasi gərginlik artır. Ölkədəki radikal revanşist qüvvələr (Petrosyan, Sarkisyan və Köçaryan üçlüyü) Paşinyanın mövqelərini zəiflətməyə çalışır.

Sahil Kərimli: Sülhün imzalanması istiqamətində danışıqlar müəyyən dinamika ilə davam edir

"Qarşıdakı seçkilər ərəfəsində Paşinyanın dayaqlarının sarsıldığı müşahidə olunur və o, gərginliyi azaltmağa, rəqiblərini siyasi prosesdən kənarlaşdırmağa yönəlik addımlar atır. Eyni zamanda, kilsənin də Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq niyyəti açıq şəkildə görünür".

Onun dediyinə görə, bu proseslər fonunda Rusiya da daxil olmaqla regionda fəaliyyət göstərən müxtəlif dairələr Cənubi Qafqazda mövcud təsir imkanlarını qorumağa çalışırlar:

"Buna baxmayaraq, sülhün imzalanması istiqamətində danışıqlar müəyyən dinamika ilə davam edir. Azərbaycanın isə konkret tələbləri var: Konstitusiyada müvafiq dəyişikliklər edilmədən sülh müqaviləsinin imzalanması mümkün deyil. Bu istiqamətdə problemlər qalsa da, qarşıdakı aylarda ciddi işlərin görüləcəyi gözlənilir".

Əli Hüseynov


SON XƏBƏRLƏR

27 Noyabr 2025