• Bakı 28° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.9842

    RUB - 2.1251

Regionda sabitlik və əməkdaşlıq: qətiyyətli lider, tarixi razılaşma - ŞƏRH

SİYASƏT

11 Avqust 2025 | 13:11

Regionda sabitlik və əməkdaşlıq: qətiyyətli lider, tarixi razılaşma - ŞƏRH

Avqustun 8-də Vaşinqtonda baş tutan tarixi görüş və imzalanan Birgə Bəyannamə Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, məqsədyönlü diplomatiyasının və milli maraqlarımızın qorunmasına yönəlmiş unikal siyasətinin növbəti parlaq göstəricisidir.

Bu sənəd uzun illər davam edən gərginlik və münaqişə dövrünü bağlayaraq, regionda yeni sülh, sabitlik və əməkdaşlıq dövrünün başlanğıcını qoyur. Prezident İlham Əliyevin prinsipial və ardıcıl mövqeyi nəticəsində Azərbaycan beynəlxalq hüquq normalarına əsaslanan sülh gündəliyini qəbul etdirə bildi, həmçinin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və milli maraqları tam təmin edilən tarixi razılaşmaya imza atıldı.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan Milli Məclisin deputatı Günay Ağamalı bildirib ki, Vaşinqton görüşündə əldə olunmuş razılaşmalar, xüsusilə “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk Qrupunun və əlaqədar strukturlarının ləğvi üçün birgə müraciətin verilməsi, eləcə də regionda yeni kommunikasiya əlaqələrinin açılması Prezident İlham Əliyevin uzaqgörən siyasi iradəsini və qlobal səviyyədə tanınan diplomatik nüfuzunu nümayiş etdirir:

"Dövlətimizin rəhbərinin yalnız Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqazın gələcəyini müəyyən edən siyasi xətt formalaşdırması hər bir Azərbaycan vətəndaşında böyük qürur hissi yaradır. Vaşinqtonda imzalanan Birgə Bəyannamə məhz onun milli maraqlara sadiqliyinin, prinsipial mövqeyinin və sarsılmaz iradəsinin təcəssümüdür. Xüsusi qeyd etmək lazımdır ki, ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə yüksək hörmətini ifadə edərək, onu regionun və dünya siyasətinin ən nüfuzlu liderlərindən biri kimi dəyərləndirir".

Günay Ağamalı: Avqustun 8-i Azərbaycan üçün tarixi bir gün olmaqla, həm də simvolik mənada xüsusi əhəmiyyət daşıyır

Onun sözlərinə görə, Donald Trampın bu mövqeyi Azərbaycanın beynəlxalq arenadakı artan nüfuzunu və Prezident İlham Əliyevin qlobal səviyyədə qəbul olunan siyasi çəkisini təsdiqləyir.

"Avqustun 8-i həm Azərbaycan üçün tarixi bir gün olmaqla, həm də simvolik mənada xüsusi əhəmiyyət daşıyır. Bu rəqəm ölkəmizdə uğurun və mühüm qələbələrin simvolu kimi qəbul edilir. Məsələn, Zəfər bayrağımızın Şuşada məhz 8-də dalğalanması bu rəqəmin uğur rəmzi kimi xalqımızın yaddaşında qalmasını bir daha təsdiqləyir. Vaşinqtondakı tarixi uğur da həmin ənənəni davam etdirərək Azərbaycanın gələcək inkişaf yolunda yeni bir zəfər səhifəsi açdı",- deyə G.Ağamalı fikrini yekunlaşdırıb.

Əli Hüseynov


SON XƏBƏRLƏR