Bu il Heydər Əliyev adına Azərbaycan Hərbi İnstitutunun “Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə" fakültəsinə 22 ildən sonra ilk dəfə qadın kursant qəbul edilib.
Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, o, aviasiya mühəndisliyi ixtisası üzrə təhsil alacaq.
Qeyd edək ki, sonuncu dəfə bu ixtisasa 2003-cü ildə qadın kursant qəbul edilib. Həmin vaxt instituta daxil olan Dilarə Babayeva Dövlət Sərhəd Xidmətinin ilk qadın pilotu kimi tarixə düşüb. Təəssüf ki, o, 31 avqust 2016-cı ildə körpəsi ilə birlikdə dünyasını dəyişib.
Əli Hüseynov