• Bakı 9° C

    6.07 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rəşad Nəbiyev qazaxıstanlı nazirlə görüşdü - FOTO

İQTİSADİYYAT

09 Sentyabr 2021 | 09:48

Rəşad Nəbiyev qazaxıstanlı nazirlə görüşdü - FOTO

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycan ilə Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Qazaxıstan tərəfindən həmsədri, ticarət və inteqrasiya naziri Baxıt Sultanovla görüşüb.

Nazirlikdən Bakıvaxtı.az-a verilən məlumata görə, görüşdə nəqliyyat və İKT sahəsində ikitərəfli əməkdaşlığımız müzakirə edilib.

Ölkələrimiz üzərindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yükdaşımaların həcminin artırılması üçün dəhliz üzərindəki daşıma tariflərinin unifikasiyası, gömrük prosedurlarının sinxronlaşdırılmasının vacibliyi vurğulanıb.

Qeyd edək ki, Baxıt Sultanovun başçılıq etdiyi Qazaxıstan nümayəndə heyəti Azərbaycan ilə Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasında iştirak məqsədilə ölkəmizdə səfərdədir.


Rəşad Nəbiyev qazaxıstanlı nazirlə görüşdü - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026