• Bakı 11° C

    1.71 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu sahədə çalışan işçilərə maaşdan əlavə pul veriləcək

İQTİSADİYYAT

08 Oktyabr 2021 | 23:34 | Müəllif: Subhan Mahmudov

Bu sahədə çalışan işçilərə maaşdan əlavə pul veriləcək

Qida təhlükəsizliyi sahəsində çalışan işçilərə maaşdan əlavə pul veriləcək.

Bakıvaxtı.az-ın məlumatına görə, “Qida təhlükəsizliyi haqqında” yeni hazırlanan qanun layihəsində bu sahədə çalışan işçilərin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulur.

Belə ki, yeni qanun layihəsinin 39-cu maddəsində qeyd olunur ki, bu Qanunun tələblərinin pozulmasına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tətbiq edilən cərimələrdən və bu Qanuna əsasən tutulan dövlət rüsumlarından toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına köçürülür.

Qanun layihəsinin Milli Məclisin payız sessiyası çərçivəsində müzakirə edilməsi nəzərdə tutulur.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026