• Bakı 10° C

    1.38 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

ABŞ Azərbaycana 500 min dollar ayırdı

İQTİSADİYYAT

06 Noyabr 2021 | 10:51 | Müəllif: Subhan Mahmudov

ABŞ Azərbaycana 500 min dollar ayırdı

ABŞ bölgədə sülhün və əməkdaşlığın inkişafı məqsədilə 2020-ci ilin payızında Cənubi Qafqazda Azərbaycan və Ermənistan arasında yer alan intensiv atışma nəticəsində zərər çəkən ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarının həyata keçirilməsi üçün 500 000 ABŞ dolları məbləğində yardım ayırıb.

Bu barədə Bakıvaxtı.az-a ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

"Münaqişə zonasında mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafın qabağını alır və məcburi köçkünlərin qayıtmasına maneə törədir", - diplomatik nümayəndəlikdən qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR