• Bakı 13° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

"Skoda" yeni avtomobillərin istehsalını dayandırır

İQTİSADİYYAT

08 Oktyabr 2021 | 20:10 | Müəllif: Subhan Mahmudov

"Skoda" yeni avtomobillərin istehsalını dayandırır

Çexiyanın "Skoda Auto" şirkəti oktyabrın 18-dən başlayaraq bu ilin sonunadək ölkə ərazisindəki zavodlarda istehsalı azaldacağını və ya dayandırcağını elan edib.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, qərar avtomobillərin elektron komponentlərinin yığılması üçün tələb olunan yarımkeçiricilərin çatışmazlığı ilə əlaqədardır. Məlumata əsasən, istehsal prosesi Mlada-Boleslav şəhərində və Kvasina qəsəbəsində yerləşən üç zavod da məhdudlaşdırılır.

Şirkətdən bildiriblər ki, yeni avtomobillərin istehsalı dayandırılacaq, ilin sonunadək isə zavodlar anbarlarda qalan avtomobillərin yığılmasını başa çatdırmağa çalışacaq.

Xatırladaq ki, "Skoda" sentyabrın ortalarında da istehsalı bir həftəlik dayandırmışdı.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR