q
  • Bakı 15° C

    6.96 m/s

  • USD - 1.7

    EUR - 2.0074

    RUB - 2.2372

Romada yanğın: qatarların hərəkəti dayandırıldı

DÜNYA

08 Avqust 2024 | 21:16

Romada yanğın: qatarların hərəkəti dayandırıldı

İtaliyanın paytaxtı Romanın şərqindəki Korkol bələdiyyəsində otlaq ərazidə böyük yanğın olub.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə yanğınsöndürmə briqadaları, mülki müdafiə qüvvələri və könüllülər cəlb edilib.

Yüksək temperatur və külək alovun geniş əraziyə yayılmasına səbəb olur. Yanğın səbəbindən Roma və Neapol arasındakı yüksək sürətli qatarların, eləcə də şəhərətrafı qəsəbələrdə qatarların hərəkəti dayandırılıb.

Hazırda yanğının söndürülməsi üçün helikopterlər cəlb olunub.


SON XƏBƏRLƏR

16 Aprel 2026