• Bakı 25° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ronaldo haqda yeni iddia - "Barselona"...

İDMAN

28 Dekabr 2021 | 15:44 | Müəllif: Subhan Mahmudov

Ronaldo haqda yeni iddia - "Barselona"...

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo haqda yeni iddia yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, "Mundo Deportivo" nəşri portuqaliyalı oyunçunun hücumçu axtaran "Barselona"ya özünü təklif etdiyini yazıb. Bildirilib ki, 36 yaşlı futbolçu Kataloniya təmsilçisindəki dostu Pike ilə danışıb. Bunun sayəsində o, baş məşqçi Xavi ilə əlaqə saxlayıb və "Barselona"da oynamağa müsbət baxdığını deyib.

Klubun prezidenti Joan Laportanın bu transferə razı olduğu vurğulanıb. 

Xəbərdə  Ronaldonun "Barselona"ya transferinin gerçəkləşəcəyi təqdirdə, onun Lionel Messinin evində kirayədə yaşayacağı iddia olunub. Pike bununla bağlı Messi ilə danışıb və müsbət cavab alıb.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026