• Bakı 25° C

    2.64 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Ronaldu yeni mövsümdə "Əl-Nəsr"in matçlarının müəyyən hissəsini buraxacaq

İDMAN

15 Iyul 2025 | 12:15

Ronaldu yeni mövsümdə Əl-Nəsrin matçlarının müəyyən hissəsini buraxacaq

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu yeni mövsümdə matçların müəyyən hissəsini buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə jurnalist Falah Əl-Qahtani sosial media hesabında bildirib.

40 yaşlı futbolçunun yeni baş məşqçi Jorje Yezuşla söhbət etdiyi və daha az əhəmiyyət kəsb edən oyunlarda futbolçunun sağlamlığının qorunması haqqında razılığa gəldiyi bildirilib. Yaşı nəzərə alınaraq Ronaldunun iş yükükn azaldılacaq. Yorğunluğun qarşısını almaq üçün forvardın matçların ən azı 25 %-ni buraxmağa razılaşdığı bildirilib.

Bunlara səbəb futbolçunun dünya çempionatına zədələrdən qaçaraq, optimal formada hazırlaşamaq istəyidir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı çempionatı avqustun 21-də başlayacaq.


SON XƏBƏRLƏR