Ukrayna Rusiya ilə müharibədə həlak olmuş 52 rusiyalı hərbçinin meyitini qaytarıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev RBK-ya bildirib.
Onun sözlərinə görə, Rusiya isə Ukrayna tərəfinə 502 meyiti təhvil verib.
Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında sonuncu meyit mübadiləsi noyabrın 8-də baş tutub. O zaman Rusiya Ukrayna tərəfinə 563 əsgərin meyitini, Ukrayna isə Rusiya tərəfinə 37 hərbçinin meyitini qaytarıb.