• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9768

    RUB - 2.1378

Rusiya acizlikdən Azərbaycana belə oyunlar oynuyur - Qonçar

SİYASƏT

12 Avqust 2025 | 19:31

Rusiya acizlikdən Azərbaycana belə oyunlar oynuyur - Qonçar

Rusiya "Azərbaycana qarşı çoxölçülü zərərvericilik" siyasətinə keçib.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, bunu "Strategiya XXI" Qlobalistika Mərkəzinin prezidenti Mixail Qonçar Rusiya hərbçilərinin Ukraynada Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) obyektlərinə endirdiyi zərbələri şərh edərkən bildirib.

Onun fikrincə, Ukraynada SOCAR-ın obyektlərinə edilən hücumlar "acizlikdən doğan qisas" aksiyalarıdır.

Qonçarın sözlərinə görə, Azərbaycan Avropa Birliyinin qaz bazarında iştirakını artırır və Moskva buna qarşı heç nə edə bilməyəcək.

Bununla yanaşı, o vurğulayıb ki, bu gün Azərbaycan güclü mövqedədir və bunu hiss edir, çünki ölkənin enerji daşıyıcılarına maraq, o cümlədən ABŞ şirkətlərinin marağı yalnız və yalnız artır.

"Bu gün onlar özlərini güclü mövqedə hiss edirlər. ABŞ-nin “Exxon Mobil” şirkəti Xəzər dənizində Azərbaycanın hələ işlənməmiş "Qarabağ" qaz yatağına maraq göstərir. Buna görə də düşünürəm ki, Azərbaycan zərbəyə davam gətirəcək", - politoloq vurğulayıb.


SON XƏBƏRLƏR