• Bakı 9° C

    4.91 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

“Rusiya daha böyük hücuma hazırlaşır” - Stoltenberq

DÜNYA

07 Dekabr 2022 | 14:52

“Rusiya daha böyük hücuma hazırlaşır” - Stoltenberq

“Hazırda Ukraynadakı müharibənin diplomatik yolla həlli üçün şərtlər yoxdur”.

Bakıvaxtı.az  “Financial Times”a istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib. 

Onun sözlərinə görə, hər iki tərəf qışda öz qüvvələrini yenidən qruplaşdırmağa və silahlandırmağa can atacaq. 

“Rusiya yazda daha genişmiqyaslı hücuma başlamazdan əvvəl müharibəni dondurmağa çalışır. NATO-ya üzv ölkələrin paytaxtlarında mütəmadi olaraq Ukraynaya hansı sistemləri vermək istədiyimiz barədə müzakirələr aparılır”, - deyə Stoltenberq qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026