2013-cü ildə istefa verib təqaüdə çıxan keçmiş Papa XVI Benedikt dünən tarixi dəfn mərasimi ilə Vatikanda dəfn edilib.
Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Müqəddəs Pyotr meydanında keçirilən dəfn mərasimini minlərlə insan izləyib. Bu, müasir dövrdə ilk dəfə vəzifədə olan Papanın sələfinin dəfn mərasiminə rəhbərlik etməsidir, çünki XVI Benedikt 600 ildə istefa verən ilk Papadır.
Keçmiş Papanın məmləkəti İtaliya və Almaniyadan olan nümayəndə heyətləri rəsmi olaraq Roma Papası Fransiskin rəhbərlik etdiyi dəfn mərasimində iştirak edib. Digər tərəfdən, İspaniya Kraliçası Sofiya, Belçika Kralı Filip və Kraliça Mathilde və Macarıstan, Polşa, Portuqaliya, Sloveniya kimi ölkələrin dövlət rəhbərləri mərasimdə xüsusi olaraq iştirak ediblər.
Keçmiş Papanın cənazəsi ənənəyə uyğun olaraq xüsusi zolaq və möhürlərlə möhürlənərək üç ayrı tabuta qoyularaq Müqəddəs Pyotr kilsəsinin aşağı mərtəbəsindəki dəfn kameralarından birində dəfn edilib. Benediktin cəsədi bazar ertəsindən dünənki mərasimə qədər bazilikada ziyarətçilərin üzünə açıq olub. Vatikanın açıqlamasına görə, 3 gün ərzində katafalkada eks-papanı 200 minə yaxın insan ziyarət edib.
Aytac Aslan















