ABŞ-ın Mayami Qardens şəhərində (Florida ştatı) “The Licking” restoranının yaxınlığında atışma olub, 10 nəfər yaralanıb.
Bakıvaxtı.az xəbər verir ki, insident rep ifaçısı Frenç Montananın klip çəkilişi zamanı baş verib.
Atışma faktını şəhərin polis idarəsi təsdiqləyib. Amma istintaq başa çatmadığına görə insidentin təfərrüatları açıqlanmayıb.
















