Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri gecə saatlarında Ukraynaya məxsus 221 pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib.
Bakıvaxtı.az bu barədə TASS-a istinadla xəbər verir.
Belə ki, ən çox PUA Bryansk (85) və Smolensk (42) vilayətlərində vurulub. Hücum nəticəsində Kaluqa və Rostov vilayətlərində bəzi avtomobillərə ziyan dəyib, xəsarət alan olmayıb.
Məlumata görə, bir sıra hava limanlarında, o cümlədən, Pulkovo və Xrabrovoda uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub.
“Aeroflot”, “Rossiya” və “Pobeda” aviaşirkətləri bəzi reysləri təxirə salıb və ya cədvələ düzəliş edib.
Əli Hüseynov