Qara dənizdə Yunanıstana məxsus “Skiros” neft tankerinə hücum edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Bloomberg” mənbələrə istinadən məlumat yayıb.
Hadisə avqustun 16-da tanker Novorossiysk yaxınlığındakı Xəzər Boru Kəməri Konsorsiumunun (CPC) terminalında Rusiya neftini yüklədikdən sonra baş verib.
Qeyd edək ki, iyulun sonunda ABŞ vitse-prezidenti Cey Di Vens Ukrayna prezidenti Vladimir Zelenskiyə CPC infrastrukturu və Novorossiysk limanına daxil olan tankerlərə zərbələri dayandırmağı xahiş etmişdi.
CPC Qazaxıstan neftinin əsas ixrac marşrutlarından biridir. Konsorsiumda ABŞ-ın “Chevron” və “ExxonMobil” şirkətlərinin də payı var.
Son aylarda Novorossiyskdəki CPC terminalı və onun akvatoriyasındakı tankerlər Ukrayna hücumlarının hədəfinə çevrilib.
Bakı 



