• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi

DÜNYA

19 Fevral 2023 | 22:31 | Müəllif: Subhan Mahmudov

Rusiya nüvə qüvvələri döyüş hazırlığına keçdi

Rusiya ABŞ Prezidenti Co Baydenin fevralın 20-22-nə planlaşdırılan Avropa səfəri ərəfəsində genişmiqyaslı nüvə təlimlərinə başlayıb.

Bakıvaxtı.az bildirir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Məlumata görə, Rusiya özünün "Monolit" mərkəzlədirilmiş döyüş idarəetmə sisteminin nümunəvi sınağını təşkil edib:

"Xüsusilə, Strateji Nüvə Qüvvələrinin sistemi ən yüksək döyüş hazırlığına keçirilib. Rusiya Silahlı Qüvvələri də dəniz və quru ballistik raketlərinin, eləcə də havadan buraxılan qanadlı raketlərin buraxılması üçün strateji nüvə qüvvələrinin komponentlərini hazırlamağa başlayıb.

Strateji raket sualtı qayığının ekipajı döyüş hazırlığı və buraxılış zonasına mümkün çıxış barədə məlumatlandırılıb. Həmçinin Tambov aviabazasında uzaqmənzilli aviasiya komandanlığının köməkçi komanda məntəqəsi yerləşdirilib".

Qeyd olunur ki, Rusiya Ukraynanın tərəfdaşlarına təzyiq etmək üçün belə nüvə şantajı həyata keçirir./axar


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026