• Bakı 13° C

    4.34 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Dövlət qulluqçularına TikTok qadağan edilir

DÜNYA

21 Mart 2023 | 20:58

Dövlət qulluqçularına TikTok qadağan edilir

Niderland tezliklə dövlət işçilərinə iş üçün istifadə olunan mobil telefonlara TikTok proqramını yükləməyi qadağan edəcək. 

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi yanında rəqəmsallaşma üzrə dövlət katibi Aleksandra van Huffelen parlamentin aşağı palatasına ünvanladığı məktubda qeyd edib.

Bildirilir ki, ilkin mərhələdə dövlət qulluqçularının bu proqramdan könüllü imtina etməsi təşviq ediləcək, daha sonra isə ölkə rəhbərliyi məcburi qaydalar tətbiq etməyə başlayacaq.

Xatırladaq ki, bir müddət əvvəl Belçika və Böyük britaniyada dövlət işçilərinə TikTok sosial şəbəkəsindən istifadə qadağan edilib. Belçika Kibertəhlükəsizlik Mərkəzinin xəbərdarlığına görə, TikTok istifadəçilərdən məlumatlar toplayır. Bununla yanaşı, bir çox digər ölkələrdə də TikTok-la bağlı oxşar qadağalar tətbiq edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026