• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çavuşoğludan Krımın ilhaqına MÜNASİBƏT

DÜNYA

20 Aprel 2023 | 17:42

Çavuşoğludan Krımın ilhaqına MÜNASİBƏT

“Biz Krımın qanunsuz ilhaqını tanımırıq”.

Bakıvaxtı.az  “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Alanyadakı çıxışında deyib.

O bildirib ki, rəsmi Ankara Ukraynanın ərazi bütövlüyünün dəstəklənməsi məsələsində prinsipial mövqe tutur: “Türkiyə balanslaşdırılmış xarici siyasət kursunu davam etdirəcək. Doğrudur, biz NATO üzvüyük. Amma ölkəmizin milli maraqları bizim üçün həmişə prioritetdir”.

Nazirin sözlərinə görə, həm Moskva, həm də Kiyev Türkiyəyə etimad göstərir: “Təsadüfi deyil ki, Ukraynadakı münaqişə tərəfləri əsirlərin mübadiləsi, eləcə də Zaporojye Atom Elektrik Stansiyası (AES) ətrafındakı vəziyyətlə bağlı Ankaraya üz tutdular”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026