• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Sandu: “Rusiya Moldovada dövlət çevrilişinə cəhd edib”

DÜNYA

20 May 2023 | 15:03

Sandu: “Rusiya Moldovada dövlət çevrilişinə cəhd edib”

“Rusiya bu ilin yazında Moldova hökumətini devirməyə və hakimiyyətə rusiyayönümlü qüvvələri gətirməyə cəhd etdi”. 

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Moldova Prezidenti Maya Sandu “Moldova-1”in efirində çıxışı zamanı deyib.

“Bu ilin yazında Rusiyanın hökuməti devirmək planları var idi, lakin onlar uğursuzluğa düçar oldular. Çünki biz kifayət qədər məlumata sahib idik və orqanlarımızın sayıqlığı nəticəsində bu baş vermədi. Əminik ki, onlar yenə cəhd edəcəklər, lakin məndə bununla bağlı konkret məlumat yoxdur”, - deyə Maya Sandu qeyd edib.

Onun sözlərinə görə, Rusiya yenə bu qəbildən cəhdlər edəcək, çünki Kremlin planları Moldova hökumətini rusiyayönümlü hakimiyyətlə əvəzləmək və ölkədən Ukraynaya qarşı müharibədə istifadə etməkdir.
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026