• Bakı 25° C

    0.89 m/s

  • USD - 1.7

    EUR - 1.9507

    RUB - 2.017

Zelenski Hindistanın Baş naziri ilə görüşdü

DÜNYA

20 May 2023 | 16:14

Zelenski Hindistanın Baş naziri ilə görüşdü

Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlayandan bəri ilk dəfə Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə V.Zelenskinin Mətbuat xidməti məlumat yayıb.

İki ölkə liderləri Yaponiyanın Hirosima şəhərində “Böyük yeddilik” (“G7”) ölkələrinin sammiti çərçivəsində bir araya gəliblər. Onlar Ukraynadakı hazırkı durumu müzakirə ediblər.

V.Zelenski Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyinə və humanitar yardım göstərdiyinə görə Hindistana təşəkkür edib.

N.Modi öz növbəsində hindistanlı tələbələrin Ukraynadan təxliyəsi zamanı köməyə görə minnətdarlığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026