• Bakı 12° C

    9.99 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

İran ABŞ-ın atom sualtı qayığını geri qaytardı

DÜNYA

20 Aprel 2023 | 20:55 | Müəllif: Subhan Mahmudov

İran ABŞ-ın atom sualtı qayığını geri qaytardı

İranın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazına daxil olmağa çalışan ABŞ-ın “Florida” atom sualtı qayığını suyun üzərinə çıxarmağa məcbur edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani deyib.

“Sualtı qayıq tam sakit şəkildə suyun altı ilə Hörmüzə yaxınlaşırdı. İranın “Fateh” sualtı qayığı onu aşkar edərək, suyun üzünə çıxmağa məcbur etdi”, - İrani bildirib.

Onun sözlərinə görə, ABŞ sualtı qayığı İranın ərazi suları yaxınlığında olub. Xəbərdarlıq aldıqdan sonra kursunu dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026