• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Süni intellekt yuxularımı qaçırır" - Sundar Pichai

DÜNYA

20 Aprel 2023 | 16:22

"Süni intellekt yuxularımı qaçırır" - Sundar Pichai

Sürətlə inkişaf edən süni intellekt texnologiyasından sui-istifadə ictimai səviyyədə çox ziyana səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  "Google"un CEO-su Sundar Pichai xəbərdarlıq edib.

Qeyd olunub ki, sui-istifadə edildikdə çox zərərli ola bilər, hələ ki, bütün cavablarımız yoxdur və texnologiya sürətlə irəliləyir..." Amma bu, gecələr yuxumu qaçırırmı? Qətiyyən", - texnologiya nəhənginin baş icraçı direktoru bildirib.

CBS telekanalının "60 Minutes" proqramına müsahibə verən Piçai cəmiyyətin süni intellekt texnologiyasından istifadəyə uyğunlaşması lazım olduğuna dair narahatlığını ifadə edib. O, süni intellektin hər şirkətdəki hər məhsula təsir edəcəyini xəbərdar edərək, bildirib ki, yazıçılar, mühasiblər və proqram mühəndisləri kimi bilik işçiləri daha çox təsirlənəcək.

Texnologiya nəhənginin rəhbəri süni intellektdən istifadə etməklə saxta xəbərlərin asanlıqla hazırlana biləcəyi barədə də xəbərdarlıq edib. O, "ictimai miqyasda" süni intellektlə asanlıqla istehsal oluna bilən bu cür mesajların çox zərər verə biləcəyini söyləyib. Lakin süni intellektdən imtina etmək əvəzinə, onun istifadəsi insan dəyərlərinə, o cümlədən əxlaqa uyğun daha çox qanunlarla tənzimlənə bilər.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026