• Bakı 8° C

    1.11 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

Aeroport işçiləri tətilə başladı

DÜNYA

20 Aprel 2023 | 16:15 | Müəllif: Qalib İbrahimoğlu

Aeroport işçiləri tətilə başladı

Almaniyada həmkarlar ittifaqının çağırışı ilə Hamburq, Düsseldorf və Köln hava limanlarının işçiləri 48 saatlıq tətilə başlayıblar.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, tətilin cümə günü gecə yerli vaxtla saat 00:00-da başa çatması gözlənildiyi halda, Ştutqart hava limanının işçiləri də bu gecə-gecə yarısı tətilə qoşulacaqlar.

Tətillər ölkədə uçuş hərəkətinə böyük təsir göstərib. Köln-Bonn hava limanında hər iki reysdən biri ləğv edilib. Hava limanından verilən yazılı açıqlamada, uçuşların ləğv edilməsi hallarının arta biləcəyi və sərnişinlərdən uçuş statuslarını yoxlamaları istənilib.

Alman Hava Limanları Birliyinin (ADV) verdiyi açıqlamada, 3 hava limanından planlaşdırılan ən az 700 uçuşun ləğv edildiyi və tətillərdən ən az 100 min sərnişinin təsirlənəcəyi gözlənildiyi bildirilib. 

Nuranə


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Noyabr 2026