• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

NATO Ukrayna ilə bağlı razılığa gəldi

DÜNYA

21 Mart 2023 | 20:48

NATO Ukrayna ilə bağlı razılığa gəldi

NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib.

Bakıvaxtı.az xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynaya dəstək üçün döyüş sursatlarının istehsalı hazırda alyans ölkələrinin prioritet hədəfləri sırasındadır.

Stoltenberq əlavə edib ki, NATO-nun 30 ölkəsindən yeddisi hazırda müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq məqsədinə nail olub.

İyulda Vilnüsdə keçiriləcək sammitdə onlar yeni öhdəliklər götürməli və bu rəqəmi ÜDM-in 2%-dən çox artırmalıdırlar.

NATO, həmçinin sualtı kabellər və boru kəmərləri də daxil olmaqla infrastrukturun mühafizəsini gücləndirir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026