• Bakı 19° C

    2.29 m/s

Rusiya ordusu Xarkovda kəndi ələ keçirdi

DÜNYA

21 Yanvar 2024 | 10:35 | Müəllif: Subhan Mahmudov

Rusiya ordusu Xarkovda kəndi ələ keçirdi

Rus ordusu Kupyansk-Svatovo-Kremennaya xətti ilə irəliləyərək Svatovodan 20 km şimal-qərbdə yerləşən Kroxmalnoye kəndini tutublar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir. Geolokasiya görüntüləri rus əsgərlərinin Kupyansk və Kremennaya bölgələrində irəlilədiyini göstərdi. Bundan əlavə, Kupyanskın şimal-şərqində Sinkovka və Petropavlovka bölgələrində mövqe döyüşləri davam edir.

Analitiklərin fikrincə, Rusiyanın 1-ci Qvardiya Tank Ordusunun (Qərbi Hərbi Dairə (ZVO)) bölmələri Kupyansk istiqamətində, 20-ci Əlahiddə Ordusunun (ZVO) bölmələri isə Liman istiqamətində irəliləyir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Oktyabr 2026