• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Entoni Blinken Cənubi Koreyaya səfər edəcək

DÜNYA

20 Fevral 2024 | 10:10

Entoni Blinken Cənubi Koreyaya səfər edəcək

ABŞ və Koreya Respublikası dövlət katibi Antoni Blinkenin mart ayında üçüncü Demokratiya Sammitində iştirakı üçün Seula mümkün səfərinə dair danışıqlar aparırlar.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Agentliyə açıqlama verən mənbələrin sözlərinə görə, səfərlə bağlı yekun qərar hələ verilməyib, lakin çox güman ki, bu səfər baş tutacaq. Agentliyin həmsöhbətləri hesab edirlər ki, A.Blinken Cənubi Koreyaya səfər edərsə, ABŞ Prezidenti Cozef Bayden tədbirə böyük ehtimalla onlayn olaraq qatılacaq.

Xatırladaq ki, bu il Demokratiya Sammitinin təşkilatçısı Koreya Respublikasıdır. Tədbirin keçiriləcəyi tarix hələ açıqlanmayıb.

A.Blinken 2023-cü ilin noyabrında Seula səfər edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026