Minlərlə qorunan quşu öldürməkdə günahlandırılan ABŞ vətəndaşı keçəl və qızıl qartalları alver etmək üçün öldürdüyünü etiraf edib.
Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 48 yaşlı Trevis Con Branson quş vuraraq onların hissələrini və lələklərini qara bazarda satırdı.
Onun bir alıcıya göndərdiyi SMS-lərdə törətdiyi cinayətlərlə öyündüyü üzə çıxıb. İyulun 31-də federal məhkəmədə təqsirli bilinərsə, onu 5 ilə qədər həbs cəzası gözləyir.
Branson sui-qəsddə, keçəl və qızıl qartalların qeyri-qanuni ticarətində və qeyri-qanuni sahiblikdə olan vəhşi təbiətin dövlətlərarası ticarətini qadağan edən qanunu pozmaqda günahını etiraf edib. Brandon, həmçinin təxminən 250.000 dollar məbləğində cərimə ilə üzləşəcək.
Müstəntiqlər deyirlər ki, bu şəxs, təxminən, 3600 quşu öldürmək üçün cinayət ortağı Simon Paul ilə işləyib. 42 yaşlı Paul da eyni ittihamla axtarışa verilib.
Qeyd edək ki, keçəl qartal ABŞ-ın milli quşudur, həm pul vahidində, həm də milli möhürdə təsvir edilib.
Ay Tac
















