• Bakı 18° C

    12.48 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Norveçdən İrandakı vətəndaşlarına XƏBƏRDARLIQ

DÜNYA

20 Aprel 2024 | 05:59

Norveçdən İrandakı vətəndaşlarına XƏBƏRDARLIQ

Norveçin Xarici İşlər Nazirliyi bəyanat yayaraq, vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb, hazırda İranda olan norveçlilərdən isə ən qısa vaxtda ölkəni tərk etmələrini istəyib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Bildirilir ki, qurum bölgədəki vəziyyəti qeyri-sabit adlandırıb, həmçinin İran-İsrail münaqişəsinin gərginləşməsi və bu ölkələrin hava məkanının bağlanma riskinin olduğunu vurğulayıb.

Nazirlik bundan başqa hazırkı vəziyyətdə İranda əcnəbi və ikili vətəndaşlara qarşı əsassız həbslər və təzyiqlər ehtimalının yüksək olduğu barədə xəbərdarlıq edib.(oxu.az)


SON XƏBƏRLƏR

02 May 2024