• Bakı 17° C

    12.17 m/s

  • USD - 1.7

    EUR - 1.8224

    RUB - 0.0183

Kaliforniyada tamamilə robotlaşdırılmış restoran açılacaq

DÜNYA

20 Aprel 2024 | 02:46

Kaliforniyada tamamilə robotlaşdırılmış restoran açılacaq

2024-cü ilin əvvəlində Kaliforniyada dünyada ilk dəfə olaraq tamamilə robotlaşdırılmış restoran açılacaq.

Bakıvaxtı.az xəbər verir ki, restoranda bütün istehsal prosesləri süni intellekt tərəfindən idarə olunacaq. Bu cür restoran açmaq ideyası eyni zamanda Amerikanın “Cali Group”, “Miso Robotics” və “PopID” şirkətlərinə məxsusdur. “Cali Group” müasir texnologiyaların restoran və pərakəndə biznes sahəsinə tətbiqi üzrə ixtisaslaşıb.

 “PopID” şirkəti biometrikdən istifadə edərək təmassız ödəniş üçün həllər təklif edir.

Restoran “CaliExpress by Flippy” adlandırılacaq və ABŞ-ın Kaliforniya ştatındakı Pasadena şəhərinin mərkəzində yerləşəcək. Restoran Amerikanın ənənəvi "fast food"un hazırlanmasında ixtisaslaşacaq.

Menyuya üç növ burger, kartof fri və salat daxil olunub. Onların hazırlanması üçün “Flippy” istehsalı olan bir neçə tamamilə robotlaşdırılmış qril stansiyası quraşdırılacaq.

Robot şef komandası xüsusi yazılmış proqram təminatı tərəfindən idarə olunacaq. Özünəxidmət köşkləri vasitəsilə sifariş vermək mümkün olacaq. Bunun üçün əvvəlcədən PopID hesabını yaratmaq lazım gələcək. Sifariş verildiyi zaman köşk müştərilərin əvvəlki səfərlər tarixçəsinə əsasən tövsiyələr verəcək. Daha sonra müştəri yeməyin hazırlanması prosesini müşahidə edə biləcək. Bunun üçün mətbəxin divarları şəffaf şüşədən hazırlanacaq.

Eyni zamanda restoranın yaradıcıları etiraf edirlər ki, tamamilə insanın iştirakı olmadan bütün bunları reallaşdırmaq mümkünsüzdür.


SON XƏBƏRLƏR

02 May 2024