• Bakı 12° C

    4.3 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

ABŞ vətəndaşlarını bu ölkədən çıxarır

DÜNYA

21 Mart 2024 | 00:52 | Müəllif: Subhan Mahmudov

ABŞ vətəndaşlarını bu ölkədən çıxarır

ABŞ vətəndaşlarını Haitidən təxliyə etməyə başlayır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Vedant Patel deyib.

“Martın 20-dən etibarən ABŞ hökuməti Amerika vətəndaşlarının Haitidən, Port-au-Prinsdən təhlükəsiz çıxışını asanlaşdırır. Biz Port-au-Prinsdən Santo Dominqoya, Dominikan Respublikasına helikopterlə çarter reyslərini təşkil edirik, burada konsulluq yardımı göstərmək üçün ABŞ hökuməti əməkdaşları iştirak edir. Santo Dominqodan ABŞ-a çatma məsuliyyətini Amerika vətəndaşlarının özləri daşıyacaqlar”, - deyə bildirilib.

Qeyd edək ki, bir müddətdir Haitidə siyasi vəziyyət qeyri-stabil olaraq qalır. Silahlı dəstələrlə hökumət qüvvələri arasında toqquşmalar yaşanır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026