• Bakı C

    9.73 m/s

  • USD - 1.7

    EUR - 1.7724

    RUB - 1.6318

Rusiya şirkəti Suriyaya taxıl tədarükünü dayandırıb

İQTİSADİYYAT

30 Dekabr 2024 | 10:51

Rusiya şirkəti Suriyaya taxıl tədarükünü dayandırıb

Rusiyanın "STG Engineering" şirkəti prezident Bəşər Əsədin devrilməsindən sonra Suriyaya taxıl tədarükünü dayandırıb. 

Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Dmitri Trifonova məlumat verib.

O, bildirib ki, "STG Engineering" şirkəti üç ildir Rusiya buğdasını Suriyaya tədarük edir. Şirkət ayda təxminən 1,1 milyon ton taxıl idxal edib. Bu, Suriyaya tədarük edilən Rusiya buğdasının ümumi həcminin təxminən yarısıdır.

"Suriyanın buğda tədarükünə görə şirkətə borcu 116 milyon dollar təşkil edir. Şirkət ölkənin yeni hakimiyyət orqanları ilə əlaqə qurduqdan sonra buğda tədarükünü bərpa etməyə hazırdır", - deyə Trifonova qeyd edib.

Gülşən Şərif


SON XƏBƏRLƏR

01 Yanvar 2025