• Bakı 10° C

    5.03 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Rusiya “süddən çıxmış ağ qaşıq” deyil: Putindən Qərbə İTTİHAMLAR

SİYASƏT

02 Noyabr 2023 | 10:10

Rusiya “süddən çıxmış ağ qaşıq” deyil: Putindən Qərbə İTTİHAMLAR

Rusiya prezidenti Vladimir Putin hüquq-mühafizə orqanlarının rəhbərləri ilə görüşündə Dağıstandakı iğtişaşları və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib. Putin bildirib ki, Qərb ölkələri regiondakı vəziyyətdən istifadə edərək Rusiya cəmiyyətini parçalamağa çalışırlar.

Qeyd edib ki, Qərb dünyasına Yaxın Şərqdə daimi xaos lazımdır, ona görə də Qəzza zolağında atəşkəsin əldə olunmasında maraqlı deyillər. Rusiya dövlət başçısı əlavə edib ki, rus cəmiyyəti nə qədər vahid olsa, ölkə milli maraqlarını effektiv müdafiə edə biləcək.

Politoloq Samir Əsədli Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiya dövlət başçısı Viladimir Putinin Yaxın Şərqdə baş verənlərə görə Qərbi ittiham etməsi "oğru elə bağırdı ki" məsəlinə bənzəyir.

Həmsöhbətimiz vurğulayıb ki, ötən əsrin ortalarından bugünədək sözügedən bölgədə hansı silahlı münaqişə olubsa, arxasında Kreml durub, meydanda Kalaşnikov avtomatı işləyib: "İran-İraq müharibəsində Rusiyanın əli var idi. Əfqanıstana hərbi müdaxilə edən də Rusiya idi. Həmçinin, Koreya və Vyetnamda baş verənlərin də səbəbkarı və günahkarı Rusiya idi”. Onun sözlərinə görə, ümumiyyətlə, Rusiya Asiyada, Yaxın və Orta Şərqdə, özünə yaxın regionlarda yaşanmış münaqişələrin əsas səbəbkarı olub. Bu münaqişələr Rusiyanın bölgədə apardığı mənfi siyasətin nəticəsində ortaya çıxıb. Moskva öz maraqlarına uyğun olaraq bir çox bölgədə münaqişələr yaradıb.

Samir Əsədli: Moskva öz maraqlarına uyğun olaraq bir çox bölgədə münaqişələr yaradıb

Siyasi şərhçi bildirib ki, İsrail-Fələstin münaqişəsi də Rusiya və İranın bölgəyə müdaxiləsindən sonra baş verib: "Bu qarşıdurmanın da səbəbkarı Qərb deyil. Sözügedən regionda birbaşa Rusiya və İranın maraqları var və son münaqişə də bu qüvvələrin kənar təsiri ilə baş verdi. Putinin son açıqlamasına gəldikdə isə, səslənən fikirlər onu göstərir ki, Rusiya nəinki monolit dövlətdir, ümumiyyətlə, Leninin vaxtında olduğu kimi "millətlər həbsxanası"dır. Kreml rəhbəri artır Rusiyanı idarə edə bilmir. Elə bir sistem, elə bir idarəçilik yaradıblar ki, öz ölkələrini idarə edə bilmirlər. Dağıstanda baş vermiş hadisə də bunun göstəricisidir. Bu cür dini-etnik münaqişələr Rusiyanın sonunu gətirəcək".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Dekabr 2024