• Bakı 12° C

    3.83 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Prezident Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - YENİLƏNİB

SİYASƏT

01 Dekabr 2023 | 13:50

Prezident Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edib - YENİLƏNİB

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını qarşıladılar.

Əvvəlcə birgə foto çəkdirildi.

***

12:30

Dekabrın 1-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitinin açılış mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edir. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan və BMT-nin Baş katibi Antonio Quterreş dövlətimizin başçısını qarşıladılar. Əvvəlcə birgə foto çəkdirildi.

***

10:45

Prezident İlham Əliyev BƏƏ-də səfərdədir. 

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası - COP28 çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində iştirak edir.

Dövlət başçısını BMT Baş katibi Antonio Quterreş və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan qarşılayıb.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026