“Balayan uşaqları necə “karobka”ya qoyduğunu, turbalara doldurub “svarka”layıb ölmələrini gözləməsini etiraf edib”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Siyavuş Novruzov deyib.
Onun sözlərinə görə, bunları biz yox, ermənilərin özləri etiraf edirlər: “Avropa Şurası isə bizi tənqid edir. Azərbaycanda maşın yuyan, tərbiyəsiz kim var aparırlar ora, Azərbaycanı tənqid edirlər. İnsanları, deputatları təhqir edirlər. Onlara ekvivalent cavab vermək lazımdır”.
“Biz heç kimin daxili işlərinə qarışmırıq, onlar da bizə qarışmamalıdır. Bizə qarşı olan ədalətsizliyin qarşısı alınmalıdır”, - deyə Siyavuş Novruzov qeyd edib.
Aytac Aslan










jpg-1706367281.webp)




