Vətəni və milləti qarşısında misilsiz xidmətləri olan, müstəqilliyimizin müəllifi və müasir dövlətimizin memarı ulu öndər Heydər Əliyevin xalq qarşısındakı ən böyük xidmətlərindən biri də, Azərbaycanın gələcək taleyində əvəzsiz rolu, milləti və dövləti qarşısında müstəsna xidmətləri olan cənab İlham Əliyev kimi bütün ali insani keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik bir lider yetişdirməsi olub. Bu, ondan irəli gəlirdi ki, vətənini canından çox sevən uzaqgörən insanı Azərbaycanın təkcə özünün rəhbərlik etdiyi dövr üçün deyil, ondan sonrakı taleyidə düşündürürdü.
Heydər Əliyevin müdrik tövsiyəsi ilə 2003-cü ildə Azərbaycan xalqı düzgün seçim edərək bu gün digər dövlət başçılarına örnək olan böyük tarixli şəxsiyyət, cənab İlham Əliyevi Prezident kürsüsünə yüksəltdi.
Aqil liderin prezidentliyi dönəmində onun rəhbərliyi ilə görülən böyük işlər sayəsində 2006-ci ildə Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tibilisi-Ərzurum qaz kəməri istifadəyə verildi. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyinin, həmçinin Azərbaycanın perespektiv inkişafının və iqtisadi maraqlarının təmin edilməsində mühüm rol oynayan Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin Bakıda rəsmi açılış mərasimləri keçirildi. Bundan əlavə, 20 sentyabr 1994-cü tarixdə Bakıda imzanlanmış “Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri“, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş”in müddəti 2017-ci ilin sentyabr ayının 14də, ölkəmiz üçün daha əlverişli şərtlərlə 2050-ci ilə qədər uzadıldı, bu isə Azərbaycanda bunan sonra daha uzun illər neftin hasilat səviyyəsinin sabit qalmasını, neft sektoruna xarici investiya qoyuluşunun təmin olunmasını zəmin yaratdı.
Xüsusi vurğulamaq lazımdir ki, proqmatik lider İlham Əliyevin yürütdüyü son dərəcə təmkinli, səbrli, balanslaşdırılmış siyasət sayəsində 12 avqust 2018-ci il tarixdə Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçılarının iştirakı ilə imzalanan tarixi Aktau Konvensiyası ilə 1996-ci ildən davam edən Xəzərin hüquqi statusu ilə bağlı 22 illik danışıqlar milli maraqlarımızı qane edən sonluqla bitdi və Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik öz həllini tapdı.
2018-ci ilin oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının təzahür olaraq birgə səylərlə reallaşdırılan, hər iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun tərəqqisinə böyük töhfə olan “STAR” neft emalı zavodunu açılışı da, neft strategiyasının uğurlarından oldu.
Azərbaycandan Avropa bazarlarına təbii qaz ixrac etmək üçün ən qısa və birbaşa yol kimi seçildi, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan TAP layihəsi də artıq yekunlaşdırıldı. Prezident İlham Əliyevin təşəbbüsü ilə Avropa və Asiyanı birləşdirən Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində də müstəsna əhəmiyyətli işlər görüldü. Belə ki, təməli 2007-ci ildə qoyulmuş Bakı-Tibilisi-Qars dəmir yolunun 2017-ci il oktyabrın 30-da Bakıda rəsmi açılışı oldu. 2018-ci ilin sentyabrın 18-də isə yeni Ələt-Astara-İran İslam Respublikası magistral avtomabil yolunun istifadəyə verilməsi ilə Azərbaycan ərazisində “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin reallaşdırılması üçün işlər başa çatdırıldı.
Sözsüz ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizin əldə etdiyi uğurları iqtisadi islahatların siyasi islahatlarla paralel şəkildə və yüksək peşəkarlıqla aparılması şərtləndirir. İlham Əliyevinin erudisiyası, mükəmməl siyasi strategiyası, sarsılmaz qətiyyəti, polad iradəsi, yorulmaz və əzimkar fəaliyyəti, xalqla iqtidar arasında olan sıx birliyin sayəsində bütün sayələrdə mütəmadi olaraq mütərəqqi və müqtədir islahatlar həyata keçirilir, regionların tarazlı inkişafının davamlılığı təmin olunur, hər bir istiqamət üzrə ardıcıl uğurlar əldə edilir ki, nəticədə dövlətimiz daha da qüdrətlənir və doğma Azərbaycanımız durmadan çiçəklənir möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə nəhəng layihələr reallaşdırılır, qeyri-neft məhsullarının istehsalının və ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür, dövlət-sahibkar münasibətlərinin və biznes - investisiya mühitinin daha da sağlamlaşdırılması, özəl sektorda təşviq alətlərinin tətbiqi, aqrar sektora, kiçik və orta sahibkarlığa dövlət dəstəyi daim diqqət mərkəzində saxlanılır.
Milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritələri, konsepsiyalar və digər dövlət proqramları çərçivəsində müəyyən olunmuş tədbirlərin icrası uğurla həyata keçirilir.
Ölkəmizin uğurlarından, xüsusilə təkrarsız uğurlarından bəhs edərkən Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında damlası düşmənin bütövlükdə vücudundan dəyərli olan qanları ilə şanlı tarix yazan hərbiçilərimizin parlaq qələbəsini mütləq qeyd etməliyik. Dövranın gərdişini dəyişən müdrik lider və yenilməz sərkərdə - İlham Əliyev dühasının Azərbaycana qazandırdığı möhtəşəm qələbə xalqa ən dəyərli ərmağan oldu. Bu qələbə sayəsində 30 ilə yaxın müddətdə işğal altında olan dədə-baba torpaqlarımız azad edilərək, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.
Qələbəyə qədər İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət və görülən böyük işlər, xüsusilə hərb sahəsində aparılan ciddi hazırlıqlar nəhayət 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi.
Bütün dünyaya məlum idi ki, Ermənistan uzun zaman ərzində Azərbaycanın 20 faiz ərazisini, beynəlxalq səviyyədə tanınmış tarixi torpaqlarını - Dağlıq Qarabağ və ölkəmizin digər ərazilərini işğal altında saxlayıb. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərinin dərhal, qeyd-şərtsiz və tamamilə qaytarılmasını nəzərdə tutan dörd məlum qətnaməsini qəbul olunmasına baxmayaraq, həmin qətnamələr icra olunmur, bununla əlaqədar aidiyyəti beynəlxalq təşkilatlar isə heç bir tədbir görmürdü. Ermənistan da bu illər ərzində mövcud vəziyyətdən istifadə edərək qeyd olunan qətnamələri yerinə yetirmir, hər vəchlə münaqişəni mümkün qədər çox və daha uzun müddətə daha uzun müddətə dondurmağa çalışır və status - kvonun qəbuledilməz və dəyişdirilməli olması barədə beynəlxalq ictimaiyyətin, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədirləri olan ölkələrinin bütün çağırışlarına məhəl qoymaraq öz bildiklərini edirdilər.
Qazanılan uğurlara baxmayaraq, gedən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş qərar və qətnamələrin icra edilməməsi bu qənaətə gəlməyə əsas verildi ki, beynəlxalq hüquq sözügedən məsələyə dair hissədə işləmir. Bütün bunları nəzərə alan müdrik rəhbərimiz İlham Əliyev münaqişənin həlli ilə bağlı hər iki istiqamətdə işini etibarlı tutaraq, beynəlxalq dəstək və hüquqi baza yaratmaqla bərabər, həm də rəşadətli Silahlı Qüvvələr formalaşdırıldı. Ulu öndər Heydər Əliyevin ordu quruculuğu strategiyasını zamanın tələbləri ilə uzlaşdırmaqla reallaşdıran prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən köklü islahatların və kompleks tədbirlərin nəticəsi olaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirildi, arsenalı ən müasir silah-sursat və hərbi texnika ilə zənginləşdirildi, hərbi qulluqçuların nəzəri və peşə bilikləri, mənəvi-psixoloji hazırlığı artırıldı. Bununla da, artıq Azərbaycan Silahlı Qüvvələri müasir tələblərə tam cavab verən, istənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir idi.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev hər dəfə mötəbər kürsülərdən deyirdi: “...Əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu hərbi yolla həl edəcəyik...”
Hər bir azərbaycanlı, o cümlədən Silahlı Qüvvələrimizin əsgəri, çavuşu, giziri, zabiti və generalı tarixi torpaqlarımızı düşmənlərdən azad etmək üçün Ali Baş Komandanın əmrini gözləyir və buna hər an hazır idi. Xalqımız tam əmin idi ki, möhtərəm prezidentimizin rəhbərliyi ilə işğal altında olan tarixi torpaqlarımız tezliklə düşmənlərdən təmizlənəcək və doğma yurdumuzun hər bir guşəsində Azərbaycan bayrağı dalğalanacaq.
Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbə göstərdi ki, Azərbaycan uzun müddət işğal altında olan torpaqlarını bu vaxta qədər istənilən an hərbi yolla düşmənlərdən azad edə bilərdi. Bununla belə, ölkəmiz bu məsələnin beynəlxalq hüquqla və sülh yolu ilə öz həllini tapmasının tərəfdarını olduğundan bu qədər səbrlə davrandı, lakin düşmənin ikrah doğuran hərəkətləri, o cümlədən məlum son təxribatları haqq savaşının başlanmasını labüd etdi.
27 sentyabr 2020-ci il tarixdə səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin növbəti dəfə təxribat törədərək genişmiqyaslı şəkildə cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeyələrini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması ordumuzu mənfur düşmənin layiqli cavabını verməyə vadar etdiyinən Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatları həyata keçirdi və bununla da, ikinci Qarabağ müharibəsi başladı. Böyükdən kiçiyə hər kəs Vətən müharibəsinin qələbə ilə başa çatmasını qarşıya məqsəd qoydu. Dövlət başçısı İlham Əliyevə olan sonsuz inam xalqı öz liderinin ətrafında daha da sıx birləşdirərək mülkü vətəndaşlarda mübarizə əzmi, hərbiçilərimizdə isə böyük ruh yüksəkliyi yaratdı. Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrimiz tərəfindən işğal atında ərazilərimizin bir-birinin ardınca qısa zamanda erməni qəsbkarlarından təmizlənməsi düşmənin zəbt etdiyi tarixi torpaqlarımızın tezliklə tam azad ediləcəyindən və ərazi bütövlüyümüzün bərpa olunacağından xəbər verirdi ki, buda xalqda, o cümlədən orduda olan ruh yüksəkliyini daha da artırıldı. Elə ilk günlərdən sarsıdıcı zərbələr vuran qəhrəman övladların ardıcıl zəfərlər qazanmaqla kəndlərimizi, qəsəbələrimizi, yaşayış məntəqələrimizi, eləcə də şəhərlərimizi, o cümlədən 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhərini işğaldan azad etməsi Ermənistanı sülhə sövq etdi və düşmənin kapitulyasıya aktını imzalaması ilə nəticələndi. Ardınca 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1 dekabrda Laçın işğaldan azad edildi.
Nəhayət, 19-20 sentyabr 2023-cü il tarixdə rəşadətli Azərbaycan Ordusu dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rus sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi keçmiş Dağlıq Qarabağın tərkibinə daxil olan Xankəndi, Əsgəran, Xocavənd, Xocalı, Ağdərə rayonlarını mənfur düşməndən təmizləməklə onların sonuncu sığınacaq yerlərini də, azad etməklə Azərbaycanın haqq mübarizəsi hərbi-siyası qələbəmizlə başa çatdı və ədalət bərpa olundu. Qarabağ caniləri tutularaq Bakıya gətirildi. Bir müddət sonra onların hamısı xalqımızın gözü qarşısında mühakimə ediləcək və layiqli cəzalarını alacaqlar.
Təbii ki, müzəffər Ali Baş Komandanın mükəmməl siyasətinin və sarsılmaz qətiyyətinin, dövlətimizin qüdrətinin, Silahlı Qüvvələrimizin gücünün, hərbi qulluqçularımızın qəhrəmanlığının və xalqımızın mübarizliyinin sıx vəhdətinin nəticəsində mümkün oldu.
Qeyd etmək zəruridir ki, Ermənistanın növbəti təxribatlarının qarşısını almaq və düşmənin sülhə sövq etmək məqsədi ilə gedən 44 günlük müharibədə müdrik və qətiyyətli Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Azərbaycan Silahlı Qüvvələrinin hərbiçilərinin şücaəti hərb tariximizin qəhrəmanlıq səlnaməsini yaratmağa müvəffəq oldu. Təsadüf deyil ki, NATO eləcə də ABŞ, Böyük Britaniya, Almaniya, Ukranya və digər ölkərin hərbiçiləri Azərbaycanın Vətən müharibəsi təcrübəsindən bəhrələnmək, bununla əlaqədar öz ordularında müəyyən dəyişikliklər aparmaq fikirlərində olduqlarını açıq etiraf ediblər.
Prezident İlham Əliyev deyib: “...Heç bir xarici qüvvə Azərbaycanın qazandığı qələbəyə kölgə sala bilməz...”
Cənab İlham Əliyev ən doğru zamanda ən doğru qərarı qəbul etməklə xalqımızın qələbəsini təmin etdi. Diplomatik, siyasi və hərbi müstəvidəki zəfərlərlə qalibiyyətimizin simvolu adını Qarabağ Fatehi kimi tariximizə qızıl hərflərlə yazdırıb müzəffər sərkərdə oldu.
Allah bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa, Ali Baş Komandana can sağlığı, xalqımıza uğurlu sabahlar nəsib etsin.
Məlum olduğu kimi, 7 fevral 2024-cü ildə ölkəmizdə növbədənkənar Prezident seçkiləri keçirələcək. Bu seçkilərdə dövlətimizin başçısının haqlı olaraq namizədliyi irəli sürülüb.
Azərbaycanın siyasi palitrasında təbəddülatlarla müşahidə olunan həssas dönəmdə İlham Əliyevdən qeyri ölkəmizin siyasi düzənini dərin məntiq və çevik diplomatik gedişlərlə yönləndirə biləcək şəxs və ya şəxslərin olmadığı, hazırda onu əvəz edə biləcək alternativ namizədin yoxluğu hamıya məlumdur. Heç kimə sirr deyil ki, ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi, hərbi və beynəlxalq səviyyəli məsələlərini, dövlətlərarası münasibətlərin tənzimlənməsini,habelə işğaldan azad olunmuş ərazilərdə yenidən yaşayış məskənlərinin bərpası kimi talehyüklü problemlərin həllində bu gün İlham Əliyevi əvəz edəcək ikinci bir şəxs yoxdur.
Əminəm ki, xalqımızın sevimli oğlu, böyük dövlət xadimi, nəhəng sərkərdə, Qarabağ Fatehi, qanı və canı ilə xalqına və dövlətinə xidmət edən cənab İlham Əliyev qarşıdan gələn Prezident seçkilərində ona böyük məhəbbət bəsləyən xalqının yenidən düzgün və yekdil seçim etməsi ilə Prezident postunda Azərbaycanı daha böyük uğurlara və inkişafa, tərəqqi və intibaha aparacaq.
Aftandil Səfərov
YAP Binəqədi rayon təşkilatının üzvü
Bakıvaxtı.az
















