• Bakı 7° C

    0.84 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Üçlü format: Liderlərin də görüşü zəruridir

SİYASƏT

28 Fevral 2024 | 10:25 | Müəllif: Qalib İbrahimoğlu

Üçlü format: Liderlərin də görüşü zəruridir

Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Türkiyə-Azərbaycan-Gürcüstan mexanizmini işə salmağın prioritet olduğunu deyib.

Onun sözlərinə görə, daha sonra Ermənistan, Rusiya və İran bu fəaliyyətə qoşula biləcəklər.

Parlament sədri vurğulayıb ki, ötən həftə Gürcüstanın xarici işlər naziri Ankarada idi:

"Bizdən israrla tələb etdikləri şey budur: həm xarici işlər nazirləri, həm də parlament sədrləri səviyyəsində üçlü mexanizmi daha da gücləndirmək, dövlət başçıları formatında bunu irəli aparmaq, daha sonra Ermənistan, Rusiya və İranın bu fəaliyyətə daxil olması ilə altılı bir mexanizm yaratmaq".

Xatırladaq ki, Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş fevralın 21-dən 24-dək Bakıda keçirilmiş Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında iştirak edib.

Türkiyə rəsmisinin gündəmə gətirdiyi məsələni Bakıvaxtı.az-a dəyərləndirən politoloq İlqar Vəlizadə deyib ki, Azərbaycan-Türkiyə-Gürcüstan üçlü mexanizmi illərdir fəliyyət göstərir.

Ekspert diqqətə çatdırıb ki, üçlü format çərçivəsində əlavə alt platformalar da təşkil olunub və onlar arasında davamlı təmaslar mövcuddur:

"Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatı daha aktif fəaliyyət göstərir. Həmçinin, üç region ölkəsinin müdafiə nazirləri arasında da sıx əməkdaşlıq var və davamlı hərbi təlimlər keçirilir. Yəni Azərbaycan-Türkiyə-Gürcüstan arasında müxtəlif səviyyələrdə, fərqli sahələr üzrə əməkdaşlıq prosesi gedir”.

İlqar Vəlizadə, politoloq

Müsahibimizin fikrincə, amma bu ölkələrin liderlərinin üçlü formatı da vacibdir, zəruridir:

“Görünür, Nüman Kurtulmuş da elə bunu nəzərdə tutur. Bununla bağlı təkliflərin gündəmə gəlməsi mümkündür. Ona görə də düşünürəm ki, üçlü formatın liderlər səviyyəsində formalaşması üçtərəfli dialoq və əməkdaşlığı daha sürətli və kompleks şəkildə inkişaf etdirər".

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026