• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Paşinyan Azərbaycandan İKİ TƏMİNAT istəyir: Silahlı qarşıdurma baş verərsə...

SİYASƏT

29 Mart 2024 | 09:13

Paşinyan Azərbaycandan İKİ TƏMİNAT istəyir: Silahlı qarşıdurma baş verərsə...

 “Qazaxın kəndləri və Naxçıvanın Kərki kəndinin boşaldılması məsələsi yaxın müddətdə həll ediləcək. Çünki Ermənistanın baş naziri Nikol Paşinyan artıq “düyməyə basıb”.

Bu barədə Bakıvaxtı.az-a “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, Paşinyan Tavuşda ermənilərlə görüşdə “Qazaxın 4 kəndini boşaltmasaq, müharibə ola bilər, hətta Azərbaycan ordusu İrəvana qədər gələ bilər” deməsəydi, iddia edə bilərdik ki, o, vaxt uzadır:

“Amma Nikol Paşinyan bu sözlərlə cəmiyyəti hazırlayır. Bir neçə gün öncə partiyasının qapalı toplantısında da partiyadaşlarına bildirib ki, bu məsələni həll etməliyik”.

Politoloq diqqətə çatdırıb ki, Paşinyan 2 məsələdə Azərbaycandan təminat almaq istəyir:

“Ermənistanın baş naziri Tavuş bölgəsindəki çıxışında söylədi ki, 4 kənd Azərbayana qaytarılacaqsa, sərhədin müəyyənləşməsinə də elə həmin hissədən başlanılsın. Paşinyan istəyir ki, Qazaxın 4 kəndini qaytarsın, qalan 3 kənd isə Ermənistanda qalsın. Biz də bu təminatı ona verə bilmərik”.

Elxan Şahinoğlu: Əgər Nikol Paşinyan yenə oyun oynamağa başlasa...

Müsahibimizə görə, ikinci təminat isə odur ki, Paşinyan bildirir ki, sərhədlər cənub hissəyə qədər uzansın:

“Çünki həmin hissədə Azərbaycanın azad etdiyi strateji yüksəkliklər var, həmin yüksəklikləri geri qaytarmaq istəyir. Biz isə onu təmin edə bilmərik. Amma istənilən halda Paşinyan deyirsə ki, 4 kənd Azərbaycana məxsusdur və Azərbaycan onu müharibə ilə azad edə bilər, deməli, o, reallığı dərk etməyə başlayıb. Bu mənada hesab edirəm ki, yaxın müddətdə məsələ həll oluna bilər”.

Şahinoğlu bildirib ki, yox əgər Paşinyan yenə oyun oynamağa başlasa, uzun müddətli müharibəyə ehtiyac qalmayacaq:

“Silahlı qarşıdurma baş verərsə, Paşinyanın mövqeləri zəifləyəcək. Hesab edirəm ki, aprel ayında məsələ xeyrimizə həll olunacaq”.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Aprel 2024